Azərbaycan manatının məzənnəsinin 2029-cu ilə qədər sabit qalacağı proqnozlaşdırılır.
Fins.az xəbər verir ki, bu barədə "The Economist Group"un araşdırma və təhlil bölməsi olan "Economist Intelligence Unit" (EIU) tərəfindən təqdim olunan məlumatda bildirilir.
Məlumata əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarına qarşı sabit məzənnə rejimi tətbiq edir. Manatın sabit proqnozu, böyük həcmdə cari əməliyyatlar hesabında müsbət saldo ilə dəstəklənir.
EIU-nun rəyinə görə, AMB-nin 2024-2028-ci illərdə əsas siyasət prioriteti, geniş valyuta ehtiyatlarını nəzərə alaraq, manatın məzənnəsini sabit saxlamaq olacaq.