AZ

Londonda Benksinin əsərini oğurlayan iki nəfər ittiham olunub

Londonda

Londonda iki nəfər mərkəzi London qalereyasından Benksi adı ilə bütün dünyada tanınan ingilis rəssam, qrafitistin əsərinin oğurlanması ilə əlaqədar ittiham olunub.

AZƏRTAC Metropoliten Polisinə istinadən xəbər verir ki, istintaq bazar günü axşam saatlarında Nyu Kavendiş küçəsində yerləşən qalereyada baş verən oğurluq hadisəsindən sonra başladılıb. Oğurlanan yeganə əşya Benksinin "Qız və şar" adlı əsəri olub.

Cümə axşamı, iki şəxs Vimbldon Magistr Məhkəməsində məhkəmə qarşısına çıxıb və onların növbəti məhkəməsi oktyabrın 9-na təyin edilib. Bildirilir ki, oğurlanan əsər artıq geri qaytarılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
1
xalqcebhesi.az

3Mənbələr