Ermənistanın Sünik bölgəsindəki hərbi hissələrdən birində döyüş növbətçiliyində olan hərbçilər zəhərlənib.
"32gun.az" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Məlumata görə, Azərbaycanla sərhəddə zəhərlənən hərbçilər Torpaq Mühafizəsi Könüllüləri İttifaqı adlı təxribatçı hərbi təşkilatın üzvləri olub.
"Zabitlərdən ikisi ağır zəhərlənmə nəticəsində komaya düşüb. Daha bir zəhərlənmə hadisəsində bir neçə hərbçi xəstəxanaya çatdırılıb. Həmin meyvəyə canavar giləmeyvə deyilir, latınca Lonicera xylosteum. Halüsinogen xüsusiyyətlərə malikdir. Kiçik miqdarda istifadə edildikdə narkotiklərə xas olan müxtəlif görmə və hisslərə səbəb olur. Bir qədər böyük miqdarda istifadə edildikdə, komaya, şüur itkisinə səbəb ola bilər, yəni insanlar üçün zəhərlidir", - məlumatda qeyd olunub.
Bildirilib ki, təşkiklatın vəzifəli şəxsləri əvvəllər bu meyvənin xassələrini öyrənib ondan bu məqsədlə istifadə ediblər.
Ermənistan Tibb Mərkəzinin direktor müavini Aşot Kurqinyan məlumatı təsdiqləyib. Unikal
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta