AZ

Azərbaycan qran-prisinin ikiqat qalibi qələbəyə ümidlidir

Formula 1-də bu həftəki yarışdan öncə keçirilən mətbuat konfransında Serxio Peres qalan qran-prilər arasında yalnız Bakı və Sinqapur traslarının “Red Bull” avtomobilləri üçün uyğun olduğunu bildirib.

“Bolidimizin indiki vəziyyətinə baxdıqda Bakı və Sinqapurun küçələri daha münasibdir. Bakıda biz daha rəqabətli olmalıyıq. Maşınla bağlı problemi həll etdikdən sonra dərhal sürətimizi artırıb mübarizəyə qayıda biləcəyik.

Mən bu trassda iki dəfə qalib olmuşam və özümü inamlı hiss edirəm. Digər tərəfdən, bu fərqli bir həftəsonudur və bütün keçmiş nailiyyətlərin indi əhəmiyyəti yoxdur. Ümid edirəm ki, düzgün balans tapacağam, çünki Bakıda avtomobilə tam etibar etmək vacibdir. Buna nail olsaq, uğurlu həftəsonu şansı var”, – deyə meksikalı sürücü qeyd edib.

Seçilən
191
futbolinfo.az

1Mənbələr