AZ

®Mərkəzi Gömrük Hospitalında yeni cihazlar pasiyentlərin istifadəsinə verilib

Mərkəzi Gömrük Hospitalının (MGH) Fizioterapiya şöbəsində PREMIUM seriyalı yeni BTL-4825 SL cihazları pasiyentlərin istifadəsinə verilib.

Hospitaldan AZƏRTAC-a bildirilib ki, PREMIUM seriyalı 2 ədəd BTL-4825 SL cihazı ideal parametrlərə malik olan, çox perspektivli, innovativ kombinə edilən fizioterapiya sistemləridir.

Bu cihazlar cərəyanların geniş spektri ilə ikikanallı elektroterapiyanı, ultrasəs və lazer terapiyasını təmin edir.

Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində bu yeni cihazlar vasitəsilə icra olunan kombinə olunan terapiyalar, fizioterapevtik prosedurlar, elektroterapiyalar və ultrasəs müayinəsi aparılır. Standart aparatlardan daha güclü olan lazer applikatorun köməyi ilə müxtəlif mənşəli ağrılar, ağrı sindromları müalicə edilir, eyni zamanda, boyun, bel, oynaq ağrıları, vətər və əzələ problemləri, əzələ-skelet sistemindəki xəstəliklər aradan qaldırılır.

Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsinin rəisi, fizioterapevt-reabilitoloq Səidə Kərimova və fizioterapevt-reabilitoloq Afət Çəndirli xəstəliklərə uyğun olaraq müalicə prosedurlarını təyin edirlər. Ətraflı məlumat almaq üçün (012) 404 08 08 nömrəsi ilə əlaqə saxlamaq mümkündür. -0-

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
1
azertag.az

3Mənbələr