AZ

Pxenyanda məxfi görüş: Şoyqu Kim Çen Inla nəyi müzakirə edib?

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Pxenyana səfər edib və KXDR lideri Kim Çen Inla görüşüb.

Publika.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

“Sentyabrın 13-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun rəhbərlik etdiyi nümayəndə heyəti Pxenyanda olub. Şoyqunu KXDR-in dövlət işləri üzrə sədri Kim Çen In qəbul edib”, - deyə Təhlükəsizlik Şurasının bəyanatında bildirilir.

Görüşlərin məxfi, eyni zamanda dostluq şəraitində keçdiyi vurğulanır.

Seçilən
32
2
publika.az

9Mənbələr