AZ

Yunis Hüseynov: “Kəpəz”in birinci liqaya düşməsini istəməzdim”

"Kəpəz"in Premyer Liqada qələbəsi yoxdur. Yeni baş məşqçi gəldiyi zaman dəyişikliklər olur. Komanda yeni transferlər də edib".

Milli.Az xəbər verir ki, bunu İdman.Biz-ə Azərbaycan millisinin sabiq futbolçusu Yunis Hüseynov deyib.

Hüseynov bu gün Azərbaycan Premyer Liqasınını VI turu çərçivəsində keçiriləcək "Araz-Naxçıvan" "Kəpəz" oyunu haqqında danışıb. O bildirib ki, bu görüşdə açıq olaraq kimin favorit olduğunu demək çətindir: "Düşünürəm ki, bu gün komandalar eyni səviyyədə oyun nümaiş etdirəcəklər. Azacıq "Araz-Naxçıvan"nın üstün tərəf olduğunu deyə bilərik. Onlar son turlarda qələbə qazanıblar. Psixoloji cəhətdən daha yaxşıdırlar. Təbii ki, "Kəpəz"in qalib gəlməsini istəyərdik. Gəncədə yeni stadion tikilir. Komandanın birinci liqaya düşməsini istəməzdim".

Qeyd edək ki, "Araz-Naxçıvan" - "Kəpəz" matçı saat 19:30-da start götürəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
milli.az

2Mənbələr