AZ

İrqçi şüar səsləndirən futbolçu cəzasız qaldı

“Çelsi”nin və Argentina millisinin yarımmüdafiəçisi Enzo Fernandes Fransa millisinin futbolçularına qarşı irqçi məzmunlu mahnıya görə İngiltərə Futbol Assosiasiyası (FA) tərəfindən cəzalandırılmayacaq. Matc.az xəbər verir ki, bu barədə “Telegraph” nəşri məlumat yayıb. Argentinalı futbolçular Amerika Kubokunu qazandıqdan sonra Fransa millisinin ünvanına qalmaqallı mahnı oxuduqları anı Fernandes canlı yayımlayıb. Musiqidə bəzi fransız oyunçuların Afrika mənşəyinə söz atılır. Daha sonra Enzo “Çelsi”dəki komanda yoldaşlarından üzr istəyib. FA hadisənin Amerika Kubokunda baş verməsi və Fernandesin Argentina millisinin üzvü olması səbəbindən hadisəyə FIFA-nın qiymət verməli olduğunu açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
matc.az

1Mənbələr