Son zamanlar “Galaxy Tab S10” seriyası ilə bağlı sızmaların sayı xeyli artıb.

İndex.az xəbər verir ki, “Samsung”un yeni flaqman planşetləri “Galaxy Tab S10+” və “Galaxy Tab S10 Ultra” ilə bağlı yeni sızma, cihazların buraxılış tarixi və qiymətləri haqqında vacib məlumatları yayıb.

Yayılan məlumatlara görə, “Galaxy Tab S10+” və “Galaxy Tab S10 Ultra”nın 26 sentyabr 2024-cü ildə təqdim ediləcəyi gözlənilir.

Bu modellər “Samsung”un ən yüksək səviyyəli planşetləri arasında olacaq və üstün texniki xüsusiyyətlərlə təchiz ediləcək.

Galaxy Tab S10+ Modelləri və Qiymətləri:

– Wi-Fi + 256 GB: € 1.119

– 5G + 256 GB: € 1,269

– Wi-Fi + 512 GB: € 1.239

– 5G + 512 GB: € 1,389

Galaxy Tab S10 Ultra Modelləri və Qiymətləri:

– Wi-Fi + 256 GB: € 1,339

– 5G + 256 GB: € 1,489

– Wi-Fi + 512 GB: € 1,459

– 5G + 512 GB: € 1,609

– Wi-Fi + 1 TB: € 1.709

– 5G + 1TB: € 1,909