AZ

Finlandiyadan Ukraynaya 118 milyon avroluq hərbi yardım

Finlandiya Ukraynaya 118 milyon avro məbləğində 25-ci hərbi yardım paketini elan edib.

Bu barədə məlumatı Finlandiyanın Müdafiə Nazirliyi yayıb. 

Məlumatda deyilir ki, bununla da rəsmi Helsinkinin Ukraynaya göndərdiyi yardımın ümumi məbləği 2,3 milyard avroya çatıb.

Eyni zamanda, yükün təhlükəsiz çatdırılmasını təmin etmək və məxfilik prinsiplərini qorumaq məqsədilə hərbi paketə nələrin daxil olduğu açıqlanmayıb.

Bu arada, Finlandiyanın müdafiə naziri Antti Hyakkanenin sözlərinə görə, ölkə bundan sonra da Ukraynaya dəstəyini davam etdirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
5
herbiand.az

6Mənbələr