AZ

Putinin səfir təyin etdiyi azərbaycanlı xanım jurnalist KİMDİR... - DOSYE

Xəbər verdiyimiz kimi, R️usiya Prezidenti Vladimir Putin İradə Zeynalovanı Mavrikiy Respublikasına səfir təyin edib.

Musavat.com tanınmış jurnalistin dosyesini oxucularına təqdim edir:

İradə Aftandil qızı Zeynalova 20 fevral 1972-ci ildə Moskvada metis ailəsində anadan olub. Atası Aftandil Isabalı oğlu azərbaycanlıdır, anası Galina Alekseevnanın milliyəti rusdur. 

İ.Zeynalova Moskvanın 61 nömrəli məktəbində orta təhsilini başa vurub. 1995-ci ildə MATI (K.E. Tsiolkovski adına Rusiya Dövlət Texnoloji Universitetini) bitirib. Universiteti bitirdikdən sonra ABŞ-da təcrübə keçib. 1997-ci ildən bəri televiziyada işləyir. Başlanğıcda Vesti (RTR) proqramında redaktor vəzifəsində, həmçinin İngilis dilindən tərcüməçi kimi çalışıb, hərdən özudə ekrana çıxıb.

O, 2000-2003-cü illərdə "Vesti" və "Vesti Nedeli" proqramlarının müxbiri olub. Oktyabr 2002-ci ildə Dubrovkada baş verən terror aktı zamanı orada çalışıb. 2003-cü ilin aprelində Rossiya telekanalından ayrılıb. Tanınmış jurnalist 2003-cü ildən 2016-cı ilə qədər Kanal Bir-də çalışıb.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
3
musavat.com

5Mənbələr