AZ

Bağçalarda həftəlik iş rejimi ilə bağlı nizamnamə TƏSDİQLƏNDİ

Məktəbəqədər təhsil müəssisəsinin həftəlik iş rejimi və gündəlik iş saatı müəssisənin təsdiq edilmiş nizamnaməsi ilə tənzimlənir.

 

Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, qanunvericiliyə uyğun olaraq, bağçalar altı günlük iş həftəsində 9 saatlıq, 10 saatlıq, 12 saatlıq və 24 saatlıq iş günü, həmçinin beşgünlük iş həftəsində də 9 saatlıq, 10,5 saatlıq, 12 saatlıq iş günü üzrə fəaliyyət göstərə bilirlər.

 

Daha ətraflı aşağıdakı keçid vasitəsilə bağçaların iş rejimi ilə tanış ola bilərsiniz:

 

//bit.ly/3XIk3Hx

 

“Məktəbəqədər təhsil müəssisələrinin iş saatı ilə bağlı məlumatın əldə edilməsinin asanlaşdırılması, əlçatanlığın təmin edilməsi məqsədi ilə vətəndaşlar eyni zamanda Agentliyin yerli bölmələrinə və ya övladlarının təhsil aldığı təhsil müəssisəsinə müraciət edə bilərlər”, -  Agentlik qeyd edib.

 

Firuzə Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
12
sfera.az

10Mənbələr