AZ

Erlinq Holann avqust ayının ən yaxşı futbolçusu SEÇİLDİ

"Mançester Siti"nin hücumçusu Erlinq Holann İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu seçilib.

 

Sfera.az Premyer Liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı norveçli avqust ayında İngiltərə çempionatının 3 oyununda 7 qol vurub.

 

Qeyd edək ki, E.Holann karyerasında üçüncü dəfə bu mükafata layiq görülüb. O, 2022-ci ilin avqustunda və 2023-cü ilin aprelində Premyer Liqada ayın ən yaxşı oyunçusu seçilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
3
sfera.az

4Mənbələr