Cənubi Koreya Polşaya döyüşə hazır olmayan “FA-50” hərbi təlim təyyarəsi satıb.
Turkustan.az TASS-a istinadən xəbər verir ki, bunu Polşa Müdafiə Nazirinin müavini Sezari Tomçik deyib.
Məlumata görə, Varşava Seuldan təyyarə almağa qərar verib. Lakin sonradan məlum olub ki, bu təyyarələr üçün silah və mərmi istehsalı dayandırılıb.
Beləliklə, Polşa Müdafiə Nazirliyi döyüş qabiliyyəti olmayan 12 təyyarə alıb. /cebheinfo.az/