AZ

“Baku Steel Art 2024” - İlk beynəlxalq metal simpoziumu keçiriləcək

Bakı. Trend:

Sentyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29ərəfəsində "Baku Steel Company" QSC (BSC) və "QGallery" birlikdə"Baku Steel Art 2024" adlı beynəlxalq metal simpoziumunu təşkiledəcəklər.

Simpoziumun təşkilində məqsəd incəsənət və metallurgiyanınekoloji dəyişikliklər və davamlı inkişafın katalizatoru kimi çıxışedə biləcəyini nümayiş etdirməkdir. Bu beynəlxalq layihə qlobalekoloji çağırışlar kontekstində incəsənət və sənayenin qarşılıqlıəlaqəsinə yeni baxış təklif edir. Sözügedən unikal tədbir, dünyanınhər yerindən yaradıcılığında bu materialın lütfünü və gücünütəcəssüm etdirən sənətkarların və rəssamların əlamətdar toplantısıolacaqdır.

"Baku Steel Art 2024" sərgisində 7 ölkədən (Azərbaycan,Gürcüstan, Türkiyə, Rumıniya, İsrail, Bolqarıstan, Hindistan)rəssamlar iştirak edəcək. Simpozium 17-30 sentyabr 2024-cü iltarixlərində Baku Steel Company-da keçiriləcək.

Simpozium iştirakçıları öz heyrətamiz əsərlərini nümayişetdirməklə yanaşı, təcrübələrini bölüşəcək, fikir mübadiləsiaparacaq, bir-birlərini yeni bədii axtarışlara ruhlandıracaqlar.Yaradıcılığın sehri tarixi ənənələrin müasir tendensiyalarlaharmonik şəkildə qarışdığı şəhərin tam ürəyində canlanacaq.
"Baku Steel Art 2024" mədəniyyətlər və üslublar arasında dialoqüçün platforma olacaq, metalla işləmə sənətində yaradıcılıq vəmüasir yanaşmalar üçün üfüqlər açacaq. Bu, hər bir metalelementinin və parıltısının insan təxəyyülünün sonsuz imkanlarındandanışacağı ekspressiv incəsənətin parlaq dünyasına qərq olmaqşansıdır.

Metallurgiya məhsullarının yaradılması prosesini müşahidəedərək, qaynaq zamanı yanıb-sönən hər bir qığılcımda gizlənən sirrihiss edirik. Metal ustaları kimyagərlər kimidir, onlar soyuqxammalı canlandırır, bununla da, təəccübləndirə və hətta ruhatoxuna bilən obyektlərə çevirirlər. Məhz bu sənətkarlıq vətexnologiyanın tandemi birlikdə sənət üçün yeni məkan yaradır,burada polad elementlər təkcə konstruktiv əsas deyil, həm dəemosional mesajın daşıyıcısına çevrilir.

"Baku Steel Art" rəssamları təkcə metaldan istifadəetməyəcəklər, ondan hekayələr düzəldəcəklər. Hər bir quraşdırmadiqqətli işin nəticəsidir - poladın gücü ilə insan hisslərininkövrəkliyi arasında analoqdur. Klassik əsərlərdə olduğu kimi,burada gözəllik anlayışının zamana tab gətirə bilən, insan qavrayışvə heyranlığının dəyişkənliyi ilə yoğrulmuş daimiliyi üzəçıxacaq.

"Baku Steel Art 2024" - müxtəlif ölkələrdən olan bədii döyməustalarının yaradıcılıq prosesini müşahidə edə biləcəyiniz unikalbeynəlxalq tədbirdir İstər fərdi, istər komanda, istərsə də birqrup rəssam olmasından asılı olmayaraq, "Baku Steel Art" beynəlxalqsimpoziumlar silsiləsinin təşkil edilməsinin məqsədi metalməmulatların və onların sənətdə istifadəsinin BMT-nin Dayanıqlıİnkişaf Məqsədlərinin (Məqsəd 9: Sənaye, İnnovasiya vəİnfrastruktur) irəliləməsinə kömək etməkdir. "Baku Steel Art" kimicanlı mədəniyyət platformasının mövcudluğu beynəlxalq əlaqələrigücləndirəcək və yeni nəsil rəssamları incəsənət və sənaye arasındaharmoniyanı təcəssüm etdirən əsərlər yaratmağa ruhlandıracaq.

"Baku Steel Art 2024" sərgisinin təşkilatçıları Azərbaycandapolad istehsalı üzrə Avropa və Amerika keyfiyyət sertifikatlarınıalan ilk metallurgiya şirkəti və qısa müddət ərzində Qafqazın ənböyük metallurgiya müəssisəsinə çevrilən "Baku Steel Company" QSC,eləcə də paytaxtın aparıcı sərgi məkanlarından biri, xaricihəmkarları ilə daimi əlaqələr quran Bakıdakı ilk özəl qalereya -"QGallery" bədii qalereyasıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
16
az.trend.az

10Mənbələr