AZ

Hollandiya "Patriot" sistemini Ukraynaya verəbilmir

Hollandiya Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemini hələlik verə bilməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə "NL Times" informasiya portalı məlumat yayıb .

Məlumata görə, Hollandiya bu yaxınlarda Ukraynaya radar göndərib və yaxın vaxtlarda üç buraxılış qurğusu təhvil verilməli idi. Lakin sistemin komponentlərini təmin etməli olan digər adı çəkilməyən ölkə verdiyi vədləri yerinə yetirməyib. 

Xatırladaq ki, Hollandiya iyun ayında başqa bir ölkə ilə birləşərək "Patriot" hava hücumundan müdafiə sistemini Ukraynaya göndərmək qərarına gəldiyini açıqlayıb.

Türkan İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
9
redaktor.az

10Mənbələr