AZ

İcra başçısı Qod Nisanovun əmrlərini yerinə yetirir – Qusarda nə baş verir?

Qusarda bir qrup sahibkara qarşı səlib yürüşünə başlanıb. Söhbət Qusar rayonu, Samur qəsəbəsi, “Samur” Gömrük-Sərhəd Buraxılış Məntəqəsi yaxınlığında fəaliyyət göstərən sahibkarlardan gedir.

Sahibkarla Vətəninfo.az-a müraciət edərək çətin duruma düşdüklərini dilə gətiriblər. Sahibkarlar iddia edir ki, onların sahibkarlıq fəaliyyətini həyata keçirdikləri ərazi Rusiya yaşayan iş adamı Qod Nisanovun xoşuna gəlib.

İş adamı sahibkarlarla deyil, icra başçısı Sahir Məmmədxanovla razılaşmaya gedərək sahibkarlara təzyiq edir. Sahibkarların sözlərinə görə bir neçə gündür ki, onların qanuni mülkiyyətində olan iaşə obyektlərinin işığı və qazı kəsilib. Artıq icra başçısının göstərişi ilə bu obyektlərə dünəndən su da verilmir. Sahibkarlar bildirir ki, onlara qarşı təziqlərin arxasında Rusiyada yaşayan iş adamı Qod Nisanov və onunadamları durur. Bundan əlavə iş adamları bildirir ki, Qod Nisanovun himayəçisi rolunda isə icra başçısı Sahir Məmmədxanov və rayonun məmurları var.

“Turist” kafesinin sahibiTalıbov Ramin Rodin oğlu, “Ukraina” kafesinin sahibi Səlimov Teymur İkram oğlu, “Rossiya” kafesinin sahibi Xəlilov Hikmət Nəsrəddin oğlu ən çox təziq edilən sahibkarlardır. Onlara öz mülkiyyətlərindən imtina etmək üçün vaxt verilib. Bir sözlə icra başçısı Sahir Məmmədxanov və əlaltıları birləşərək sahibkarlara divan tutur.

KAİM.az

Seçilən
70
20
kaim.az

10Mənbələr