AZ

Azərbaycana gələn turistlərin sayı 30 faizdən çox artıb

Azərbaycana gələn turistlərin sayı 30 faizdən çox artıb

News365.az xəbər verir ki, bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1748,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 

 

Gələnlərin 28,7 faizi Rusiya, 16,2 faizi Türkiyə, 9,2 faizi Hindistan, 8,1 faizi İran, 4,4 faizi Səudiyyə Ərəbistanı, 4,0 faizi Gürcüstan, 3,3 faizi Qazaxıstan, 2,8 faizi Pakistan, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,7 faizi Özbəkistan, 1,5 faizi Çin, hər birindən 1,4 faiz olmaqla Küveyt və Ukrayna, hər birindən 1,2 faiz olmaqla İsrail, Türkmənistan və Oman, 1,0 faizi Belarus, 10,9 faizi digər ölkələrin vətəndaşları olmuşdur. 


Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
13
news365.az

10Mənbələr