AZ

I Liqa: İlk tura yekun vuruldu

Bu gün Azərbaycan I Liqasında 1-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib. Ötən mövsüm Premyer Liqada sonuncu olan və elitanı tərk edən "Qəbələ" I Liqada ilk oyununa çıxıb. Kaxaber Sxadadzenin komandası Qəbələ şəhər stadionunda "Zaqatala" ilə qarşılaşıb və 0:0 hesablı bərabərə qalıb. Bu, "Qəbələ"nin aşağı liqada ikinci mövsümüdür. Debütü 2005-2006-cı illər mövsümünə təsadüf edən "qırmızı-qaralar" birinci divizionun (indiki 1-ci Liqa) ilk turunda "Şərur"la qarşılaşıb. 2005-ci il sentyabrın 21-də keçirilən görüşdə "Qəbələ" 8:0 hesabı ilə qalib gəlib. Günün digər oyununda isə MOİK "Mingəçevir"i qəbul edib və 1:2 hesabı ilə uduzub. 13 sentyabr I Tur 17:00. “Qəbələ” – “Zaqatala” - 0:0 Hakimlər: Vüqar Həsənli, Rəhman Aslanov, Samir Qaracayev, Murad Səlimov Qəbələ şəhər stadionu 17:00. MOİK – “Mingəçevir” - 1:2 Qollar: Aqil Nəsibov, 20 (0:1), Taleh Fərmanov, 70 (0:2), İbrahim Əliyev, 90+1-pen. (1:2) Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Aydın Bəxşiyev, Rəsul Babayev Lökbatan OİK stadionu    

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
2
matc.az

5Mənbələr