AZ

Narinin atasından qızının qətli haqda sensasiya: “Hər axşam məsciddə…”

  Diyarbəkirdə Narin Güran cinayəti ilə əlaqədar aparılan istintaq çərçivəsində sərbəst buraxılan Arif Güran qızının öldürülməsində əli olan hər kəsin cəzalandırılmasını tələb edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Narinin digər şübhəlilərlə birlikdə saxlanılan və daha sonra azadlığa buraxılan atası Arif Güran mətbuata ilk açıqlamasında deyib.

Övladının itkin düşdüyünü qonşusundan öyrəndiyini deyən Arif Güran həyat yoldaşı və qardaşı da daxil olmaqla, cinayətdə iştirak edənlərin cəzalandırılmasını istəyib:

“Narin qardaşımın maşınına 1 dəfə oturub. Onda da qardaşı Enes ilə arxa oturacaqda əyləşiblər. Bu səbəbdən ön oturacaqda Narinə aid DNA nümunəsinin necə ola biləcəyi ilə bağlı heç nə deyə bilməyəcəm. Məsələnin araşdırılmasını, cinayətkar qardaşımdırsa belə cəzalandırılmasını tələb edirəm”.

O, qardaşı ilə həyat yoldaşı arasında münasibət məsələsinə də fikir bildirib:

“Qətiyyən aralarında nəsə olacağını düşünmürəm. Salimə güvəndiyimdən deyil, yoldaşıma güvəndiyim üçün. Ancaq istər yoldaşım, istərsə də qardaşım, bunu edən hər kimdirsə, cəzalandırılsın”.

“Arzum o idi ki, qızım sağ tapılsın. İlk gündən deyirik ki, dövlət buradadır. Dövlət əlindən gələndən də artığını etdi. Qızımın məzarının olması belə, dövlətin səyi nəticəsindədir.

İstintaqla bağlı onsuz da məxfilik qərarı var. Kim edibsə, Allahın izni ilə, dövlət hamısını tapıb aşkara çıxaracaq. Prokurora verdiyim ilk ifadəm də, son ifadəm də eynidir. İstintaqla bağlı heç nə demək istəmirəm. Dövlət mənimlə heç nəyi bölüşmür. Siz nə bilirsinizsə, mən də onu bilirəm.

 
Bu araşdırma üçün dövlət istənilən şəxsi saxlaya bilər. Dövlət kimdən şübhələnirsə, onu da istintaqa cəlb edə bilər. İstintaq bitənə qədər bütün kəndi belə cəlb edə bilər. Mən kimdən şübhələndimsə, jandarma ilə paylaşdım.

Şübhələndiyim biri olsaydı, jandarmaya bildirərdim. Kənd 90 evdən ibarətdir. Güran soyadında cəmi 10 ev var. Əsrlərdir ki, bu kənddə yaşayırlar. Bilsəydim, deyərdim. İnanıram ki, ədalət öz yerini tapacaq. Biz Türkiyə Respublikasında yaşayırıq. Heç nə gizli qalmayacaq. Dövlət qızımın qatilinin qanını yerdə qoymayacaq. Türk xalqı mənim qızıma sahib çıxdı, Allah onlardan razı olsun.

Bunu edənlərə də Allah lənət eləsin, biz kiçik bir ailə idik” , – deyə o bildirib.

“Qızımın acısını yaşaya bilmirəm. Səhərə yaxın evə gələndə qızımın məzarına getdim. Fenomenlər qızımın məzarına gəlib şəkil çəkirlər. Tanımadığım insanların qızımın fotolarını çəkməsini və fenomenlərin qızımdan faydalanmasını istəmirəm. Xahiş edirəm, etməsinlər. Allah xatirinə, etməyin. Hazırda dövlət və prokuror araşdırmalar aparır” , – deyə Arif Güran əlavə edib.

O, həmçinin Narinin cəsədini dərə yatağına basdıraraq gizlədən və cinayətdə şübhəlilərdən olan Nevzat Bahtiyar haqqında da danışıb.

“Hər axşam məsciddə yanımda oturan adamdır, amma yanında oturduqda belə insanların çirkin üzlərini görə bilmirsən” , – deyə Arif Güran qeyd edib.

Qeyd edək ki, Türkiyənin Diyarbəkir bölgəsində itkin düşən Narin Güran 19 günlük axtarışlardan sonra Tavşantəpə (Dövşantəpə) kəndi ərazisində tapılıb. Onun ayağında sınıq və boynunda şübhə doğuran ləkə aşkarlanıb. Həmçinin cəsədin həddindən artıq deformasiyaya uğradığı bildirilib. Məhkəmə tibb ekspertləri Narinin boynunda aşkar edilən şübhəli ləkənin boğulma nəticəsində meydana gəldiyi qənaətindədirlər. İstintaq çərçivəsində Narinin 1 və 2-ci dərəcəli qohumları olan 8 nəfər həbs olunub  

Seçilən
22
16
referans.az

10Mənbələr