Azərbaycanın qadınlardan ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında heç-heçə edib.
"Report"un məlumatına görə, III Argentina ilə qarşılaşan təmsilçilərimiz xalları yarı bölüblər - 2:2.
Günay Məmmədzadə – Kandela Fransisko - 0,5:0,5
Ülviyyə Fətəliyeva – Maria Xose Kampos - 0:1
Xanım Balacayeva – Anapola Borda - 0,5:0,5
Gülnar Məmmədova – Klaudia Amura - 1:0
Bu nəticənin ardından yığmamızın xallarının sayı 5-ə çatıb.
Qeyd edək ki, qadınlardan ibarət yığmamız buna qədər Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub. Kişilərdən ibarət komandamız isə İordaniya (3,5:0,5) və Finlandiyanı (3,5:0,5) məğlub edib.