AZ

Putin: "Qərb bu halda Rusiyaya qarşı müharibəyə cəlb olunacaq"

Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” telekanalının efirində bəyan edib ki, Qərb Ukraynaya Rusiyaya uzaqmənzilli raketlərlə hücuma icazə verərsə, Rusiyaya qarşı müharibəyə birbaşa cəlb olunacaq.
 

Sfera.az xəbər verir ki, onun sözlərinə görə, bu, münaqişənin xarakterini və miqyasını dəyişəcək.
 

“Əgər bu qərar qəbul olunarsa, bu, NATO ölkələrinin, ABŞ və Avropa ölkələrinin Ukrayna müharibəsində birbaşa iştirakından başqa heç nə demək olmayacaq”, - deyən Putin, Rusiyanın “uyğun qərarlar” qəbul etməli olacağını bildirib.

 

İnci

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
49
sfera.az

10Mənbələr