AZ

FIDE-yə üzvlükləri bərpa olundu

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Etika Komissiyasının Apellyasiya Palatası qurumun Rusiya Şahmat Federasiyasının (RŞF) üzvlükdən məhrum edilməsi barədə qərarını ləğv edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunub ki, Rusiya tərəfinin müraciətinə baxılıb və qismən təmin edilib. Üzvlükdən məhrumetmə qərarı 45 min avro cərimə ilə əvəzlənib. Bundan əlavə, FİDE təşkilatın prezidenti Arkadi Dvorkoviçə töhmət vermək qərarını ləğv edib.

Xatırladaq ki, iyunun 7-si Rusiya Şahmat Federasiyası FIDE-nin üzvlüyündən məhrum edilib. Buna səbəb kimi sanksiyaların tətbiq olunduğu şəxslərin RŞF-nın himayədarları siyahısında olması göstərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
qafqazinfo.az

10Mənbələr