AZ

Əfqanıstanda 2,9 milyon uşaq qida çatışmazlığından əziyyət çəkir - ÜST

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə,Əfqanıstanda qida çatışmazlığı getdikcə ağırlaşan böhrana çevrilibvə beş yaşdan kiçik 2,9 milyon uşaq ciddi qida çatışmazlığı iləüzləşib.

Trend xarici KİV-ə istinadənxəbər verir ki, ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesusunsözlərinə görə, bu uşaqların 850 mini kəskin qida çatışmazlığındanəziyyət çəkir.

O vurğulayıb ki, Əfqanıstan əhalisinin üçdə biri daşqınlar vəquraqlıqlar nəticəsində daha da şiddətlənən ərzaq çatışmazlığı olanərazilərdə yaşayır.

ÜST-nin səhiyyə işçiləri Əfqanıstandakı 140 sağlamlıq mərkəzindəkəskin qida çatışmazlığı olan 21 min uşağa kömək ediblər. Bununlabelə, göstərilən tibbi xidmət yetərli deyil və bu uşaqların əlavədəstəyə ehtiyacı var.

Bundan əvvəl ÜST Əfqanıstanın beş şimal əyalətindəki tibbmərkəzlərinə 20 tona yaxın dərman və tibbi ləvazimatların tədarükübarədə elan edib. Bu tədarükə pnevmoniya, qızılca və vəbanınmüalicəsi üçün dəstlər, həmçinin, cərrahi və sarğı dəstləridaxildir.

Əfqanıstandakı vəziyyət təcili qlobal müdaxilə tələb edən ciddihumanitar böhrandır, - deyə “Khaama Press” yazır.

Əfqan uşaqları arasında qida çatışmazlığının miqyası həmsəhiyyə, həm də ərzaq təhlükəsizliyi sahəsində təcili beynəlxalqyardıma ehtiyac olduğunu göstərir. Dünya birliyi Əfqanıstandamilyonlarla insana hərtərəfli dəstək göstərmək üçün bir arayagəlməlidir.

Seçilən
96
7
az.trend.az

3Mənbələr