AZ

“Tottenhem”-“Qarabağ” matçı: Biletlərin qiyməti 80 manatdır

Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Tottenhem” (İngiltərə) – “Qarabağ” matçını stadionda izləmək və Ağdam təmsilçisinə dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az-da onlayn şəkildə satışdadır.

Medianews.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşləri əldə etdikləri vauçerləri oyun günü stadionun “Block 503” sektorunun qarşısında yerləşən məntəqədə biletə dəyişməlidir. Biletlərin qiyməti 80 AZN-dir.

Vauçerləri biletə dəyişərkən xahiş olunur ki, şəxsiyyətinizi təsdiq edən sənəd üzərinizdə olsun.

Vauçerləri biletə dəyişmək üçün kassalar matçın start fitindən 2 saat öncə açılacaq.

Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” oyunu sentyabrın 26-ı ilə Bakı vaxtı saat 23:00-da start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
15
medianews.az

10Mənbələr