Xəbər verdiyimiz kimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarova bu gün 102 yaşında dünyasını dəyişib. Tribunainfo.az Fatma Səttarovanın dosyesini təqdim edir:
F.Səttarova 1922-ci ildə Bakıda anadan olub. İkinci Dünya müharibəsinin ilk aylarında tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanıb. 1941-1942-ci illərdə Moskva uğrunda döyüşlərdə iştirak edib. F.Səttarova Sovet ordusunun sıralarında Berlinə qədər gedib.
O, 1945-ci ilin fevralında xəstəliyi ilə bağlı tibbi komissiyanın qərarı ilə ordudan tərxis olunub. Yaralılardan ibarət eşelonu müşayiət edərək Bakıya qayıdıb.
O, 2022-ci il yanvarın 24-də Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən “İstiqlal” ordeni ilə təltif edilib. Prezident təqaüdçüsü idi.
Qeyd edək ki, mərhum II Fəxri xiyabanda dəfn olunacaq.