AZ

Silahların xarakteri dəyişməyə başladı – Hücum sistemləri Ermənistana göndərilir

Ermənistan Hindistandan yeni raketlər almaq istəyir.
 
Moderator.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə “ThePrint” məlumat yayıb.
 
Mənbə danışıqların davam etdiyini və hələ ilkin mərhələdə olduğunu bildirib.
 
Məlumata görə, Ermənistan hərbi hava qüvvələrini modernləşdirməyə çalışır və Hindistandan silah-sursat, ehtiyatların saxlanması, eləcə də pilotların hazırlanması baxımından kömək istəyir.
 
“Raketlərin ixracı prosesi o qədər də asan deyil, bununla bağlı çoxlu protokollar, eləcə də həllini gözləyən bir sıra problemlər var”, - portal yazır.
 
“Sputnik Ermənistan” bundan öncə İrəvanın Hindistanın “Pinaka” çoxlüləli raket sistemləri maraqlandığını iddia etmişdi. Sözügedən sistemin qiyməti təxminən 250 milyon dollardır.
 
Hindistan və Ermənistan müdafiə silahları ilə bağlı anlaşdıqlarını bildirsələr də, artıq İrəvana verilmiş bir sıra sistem, qurğu və sursatların hücum xarakterli olduğu bəllidir. Ermənilərin maraqlandıqları raketlər də bu qəbildəndir.
 
Ermənistan bundan əvvəl Hindistandan “Svati” radar kompleksləri, ATAGS artilleriya qurğuları və digər silahları alıb. ATAGS-ların növbəti partiyasının da İrəvana təhvil veriləcəyi açıqlanıb.
 
Azərbaycan Hindistanın bölgədə gərginliyi artıran bu addımları barədə xəbərdarlıq edib. Azərbaycana qarşı istifadə olunacağı təqdirdə bu sistem və silahlar ordumuzun legitim hədəfləri olacaq.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
18
moderator.az

10Mənbələr