AZ

Bakı trası fədakarlığı mükafatlandırır, cəsurları sevir - "McLaren"in pilotu

Bakı. TurkicWorld

Bakı Şəhər Halqası fədakarlığı mükafatlandırır, cəsurları sevir.

TurkicWorld xəbər verir ki, bunu McLaren-nin avstraliyalı pilotu Oskar Piastri “Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2024”ün ikinci gününün yekunları üzrə mətbuat konfransı zamanı deyib.

"Son sürətli dövrəmdə divarın lap yaxınlığından keçdim! Bu tras həqiqətən də fədakarlığı mükafatlandırır, cəsurları sevir, buna görə də finalda son cəhdimdə bütün gücümlə hücum etdim, çünki itirəcək bir şeyim yox idi", - deyə o bildirib.

Piastri həmçinin qeyd edib ki, bu trasda başqa bir maşının arxasında getmək çox çətindir.

"Buna görə də sabah boş bir trasda olmağa çalışmalıyıq. Bizim yaxşı yarış tempimiz var, lakin Ferrari maşını da yavaş deyil", - deyə O.Piastri əlavə edib.

Xatırladaq ki, gənc avstraliyalı pilot bu gün keçirilən Azərbaycan Qran Prisinin sıralama turunda inanılmaz performans nümayiş etdirərək 2-ci nəticə göstərib. O, təkcə Ferrari-nin pilotu Şarl Leklerdən cəmi 0.3 saniyə geri qalıb.

Qeydə edək ki, sabah, yəni sentyabrın 15-i “Formula 1 Azərbaycan Qran Prisi”nin final günüdür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
3
turkic.world

4Mənbələr