AZ

"Üzərinə düşəni et, vəzifəndən get, axşama qədər..." - SON 12 SAAT!

Xəbər verdiyimiz kimi, aralarında yüksək rütbəli hərbçilər, polkovnik-leytenantların da olduğu 3 min şəhid məqaləsi vikipediyadan silinib. Günlərdə bu mövzu ətrafında müzakirələr və çəkişmələr bitmir.

Musavat.com xəbər verir ki, texnobloger Fərid Pərdəşünas gözlənilən xəbəri açıqlayıb.

O, vikipediyada şəhid məqalələrini silən şəxslərin məqalələri bərpa edəcəklərini bildirib:

perdesunas.jpg

"Daha bir 12 saat tamam oldu. Ayxan Zayədzadə vikipediyada tutduğu vəzifəsindən çəkildi və inzibatçı olaraq son vəzifəsini - 3000 məqalənin bərpası prosesini gün ərzində icra edəcəyinə söz verdi.

Cəlal Cavadov vikipediya fəaliyyətini dayandırdı. Kənd Meydanında məqalələrin bərpa olunması məsələsini qaldırdı və idarəçilərdən bərpasını tələb etdi. (Hazırda bərpa edəcək səlahiyyəti olmadığı üçün)

Bu 2 şəxs mənimlə əlaqə saxladı. Atdıqları son addımlara görə mən də sözümü tuturam və haqlarında paylaşılan məlumatları gizləyəcəm. Sizdən də səbrli davranmağı xahiş edirəm".

F. Pərdəşünas bildirib ki, zaman ən böyük düşmən olaraq qalır:

"Çünki mən hələ də məqalələri tam görmürəm. Qruplaşmanın son üzvü... Azərbaycan dövlət qurumlarının qrantları ilə böyüyən, güclü idarəçi statusuna qədər yüksələn, sonra şəhid məqalələrinə qənim kəsilən, şəxsən 1-ci Qarabağ, 2-ci Qarabağ, Aprel döyüşləri, 20 Yanvar şəhidləri kateqoriyalarından 1600 şəhid məqaləsi silən Nəriman Məmmədli! Vikipediya üçün sonuncu 12 saat axmağa başladı. Üzərinə düşəni et, vəzifəndən get. Axşama qədər məqalələrin bərpasını təmin et".

Musavat.com

Seçilən
63
4
musavat.com

10Mənbələr