AZ

Əməkdar müəllim VALİDEYNLƏRƏ SƏSLƏNDİ: Uşaqlara həyatlarını istədikləri kimi yaşamağa imkan verin!

“Hörmətli valideynlər, övladlarınızı, bizə əmanət etdiyiniz şagirdlərimizi bərabər qoruyaq. Onları əlavə dərslərlə, repetitor yanına göndərməklə, yarı ac-yarı tox, uzaq məsafələrə nəqliyyatla getməklə, təki ali məktıbə daxil olsun deyə yükləməyin!”

Medianews.az xəbər verir ki, bu barədə əməkdar müəllim Almaz Həsrət sosial media hesabında bildirib.
İlk dərs günü ərəfəsində valideynlərə müraciət edən pedaqoq vurğulayıb ki, şagirdlər əlavə dərs yükləməsindən sinirlərinə hakim ola bilmirlər.


Onun sözlərinə görə, şagirdlərin hazırlıq müəllim sayını deyil, onlara sevgini artırmaq lazımdır: “Övladlarınızın uşaqlıqlarını, əsl məktəb həyatını əllərindən qoparmayın. İmkan verin öz həyatlarını istədikləri kimi rahat yaşasınlar. Əlavə dərs yükləməklə yormayın, yuxusuz qalmalarının ucbatındandır ki, sinirlərinə hakim ola bilmirlər. Övladlarınızı sevin, onlara diqqət və qayğınızı çoxaldın. Hazırlıq müəllim sayını deyil, sevginizi və övladınızla xoş anlarla dolu günlər keçirmə saatlarınızı artırın. Sonra gec olar”.

Ayşən RƏHİM
Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
3
medianews.az

4Mənbələr