AZ

Sumqayıtda maşın aşdı - Yaralanan var

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.

İdarəetmədən çıxan “Lexus” markalı avtomobil aşıb, 1 nəfər xəsarət alıb.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə bağlı 15.09.2024-cü il tarixində saat 19:45-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1970-ci il təvəllüdlü (kişi cinsli) şəxs hospitalizasiya olunub.

Qapalı kəllə-beyin travması diaqnozu təyin edilən şəxs Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağırdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
2
unikal.az

4Mənbələr