AZ

Şərqi və Mərkəzi Avropada daşqınlar: 6 ölü var - VİDEO

Şərqi və Mərkəzi Avropada leysan yağışları və daşqınlar nəticəsində azı 6 nəfər ölüb, itkin düşənlər var.

Bizim.Media xəbər verir ki, Rumıniya, Çexiya, Polşa, Slovakiya, Macarıstan, Almaniyanın cənubu və Avstriyanın bəzi hissələri son günlər şiddətli yağışlara məruz qalıb, daşqınlar nəticəsində minlərlə insan təxliyə edilib. Proqnozlara görə, növbəti günlərdə daha çox yağış yağacaq, çayların səviyyəsi yüksələcək və külək güclənəcək.

Rumıniyada isə daşqınlar nəticəsində 5 nəfər həyatını itirib, minlərlə insan təxliyə edilib.

Çexiya və Polşanın bəzi hissələri demək olar ki, otuz ilin ən güclü daşqınları ilə üzləşib. Polşanın cənub-qərbində bir mülki şəxs həyatını itirib. Çexiyada daşqın kritik mərhələyə çatıb, güclü yağışlar çayların daşmasına səbəb olub, 100 mindən çox insan təxliyə edilib. İndiyədək on minlərlə evə ziyan dəyib, 3 nəfər itkin düşüb. Polşanın Çexiya sərhədi yaxınlığındakı tarixi Qluxolazi şəhərində körpü uçub.

Avstriyada isə bir xilasedici təbii fəlakət nəticəsində ölüb.

Macarıstanda isə rəsmilər son illərin ən böyük daşqınlarından birinin Budapeştə yaxınlaşdığını bildiriblər.


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
50
bizim.media

10Mənbələr