Azərbaycan Premyer Liqasında VI tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq. SİA xəbər verir ki, günün ilk matçında "Zirə" "Neftçi"ni qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda Elçin Məsiyevin idarə edəcəyi görüş saat 18:00-da başlayacaq.
Turun son qarşılşaması Bank Respublika Arenada baş tutacaq. "Turan Tovuz" səfərdə "Sabah"ın qonağı olacaq. Saat 20:30-da startı veriləcək görüşün baş hakimi Əliyar Ağayev olacaq.
Azərbaycan Premyer Liqası
VI tur
15 sentyabr
18:00. "Zirə" – "Neftçi"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksi.
20:30. "Sabah" – "Turan Tovuz"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bank Respublika Arena.
Qeyd edək ki, Turun digər görüşlərində "Araz-Naxçıvan" "Kəpəz"i, "Şamaxı" "Sumqayıt"ı minimal hesabla üstələyib. "Qarabağ" isə "Səbail" üzərində 2:1 hesablı qələbə qazanıb.