AZ

Kölndə partlayış: Polis əməliyyata başladı

Almaniyanın Köln şəhərində partlayış baş verdiyi açıqlanıb.

News24.az xəbər verir ki, məşhur gecə klubunun qarşısında baş verən partlayışdan sonra polis şəhər mərkəzinin küçələrini bağlayıb.

Almaniyanın “Bild” qəzetinin məlumatına görə, Köln şəhərinin mərkəzində baş verən partlayışdan sonra əməliyyat keçirilib.

Yerli polis X sosial media platformasında Hohenzollernring dairəvi yolunda böyük əməliyyatın aparıldığını açıqlayıb.

Bəyanatda o da qeyd olunub ki, ərazidə yaşayan sakinlər ərazidən uzaq durmalıdırlar.

Bildirilib ki, yerli vaxtla saat 05:50 radələrində Hohenzollernrinq küçəsində yerləşən binanın birinci mərtəbəsində baş verən partlayışda mağazanın ön hissələri və vitrinləri zədələnib.

Yerli rəsmilərin məlumatına görə, hələlik itkilər barədə məlumat verilməyib.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
1
news24.az

10Mənbələr