AZ

“İndi hər kəs bizim üçün pozğun və qatildir” - Azəri qızı Günel

“Marketə gedəcəyəm, uşaq qonşuda 5 dəqiqəlik dayansın” deməyin. “Avtobusda narahatdır, övladım dayının qucağında dayansın” deməyin. “Ay canım, əmi bircə dəfə öpsün” deməyin. Xeyr, deyəndə hörmət edin. Ona məhrəmini öyrədin, “kiçikdir, hələ başa düşməz” deməyin”.

News24.az OLAY-a istinadla yazır ki, bu sözləri müğənni Günel Zeynalova sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.

Sənətçi Türkiyədə günlərdir itkin düşdükdən sonra meyidi tapılan 8 yaşlı Narin Güranın başına gələn dəhşətli hadisələr fonunda izləyicilərinə səslənib. 

Zeynalova valideynləri övladlarına qarşı həssas və diqqətli olmağa çağırıb:

“Valideyn övladını ən yaxınlarına belə qeyri-şərtsiz etibar etməməlidir” Oğlunuza uşaqlıqdan qızlara münasibəti izah edin. Qızınıza kişilərlə nə dərəcədə münasibət qura biləcəyini aşılayın. Qızlarınıza "qışqırma" demə. Ona nə vaxt qışqıracağını öyrədin. Əgər çətinliyə düşübsə, bacardığı qədər qışqırmağı bacara bilsin. Onu polislə qorxutmayın ki, başına pis iş gələndə polisə sığınmağı bilsin. Hər dəfə çöldə olanda itərsə nə edəcəyini, kimsə ona toxunub zərər vermək istəyərsə və ya bu kimi hallarda nələr edə biləcəyini izah edin. Öyrədin ki, izah edə bilmədiklərinizi peşmanlığınıza çevirməyəsiniz. Dövrümüz qapımızın ağzında rahatlıqla çörəyi və tomat pastasını qonşularımıza təqdim etdiyimiz günlərə bənzəmir. İndi hər kəs pozğundur. Hamı qatildir. İndi bizim üçün hər kəs qatil namizədidir”.


Seçilən
89
12
news24.az

10Mənbələr