AZ

DSK: Ötən 7 ayda ÜDM əvvəlki dövrlə müqayisədə 4,3 faiz artıb

Yayımlandı: 16 Sentyabr 2024 13:08 Əhalinin hər nəfərinə düşən ÜDM 7941,3 manata bərabər olub Bu ilin ilk yeddi ayında Azərbaycanda 80960,3 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Bunun əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox olduğu bildirilir.Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2, qeyri neft-qaz sektorunda isə 7 faiz artıb. ÜDM istehsalına gəlincə, 37,9 faizi sənaye, 9,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,1 faizi tikinti, 6,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 18,9 isə faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 10,1 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 7941,3 manata bərabər olub. Foto: Meydan TV İstehlak bazarında qiymətlərə gəlincə, avqustda istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrünə baxanda 103,5 faiz bahalaşıb. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə bahalaşma 103, qeyri-qida məhsulları üzrə 101,8, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,6 faiz olub. Avqustda uzun və yumru düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, kərə vəzeytun yağlarının, limonun, əriyin, xiyarın, sarımsağın, soğanın, kartofun, qiyməti bahalaşıb.DSK bildirir ki, unun, qarabaşaq yarmasının, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, balqabağın, şirin bibərin, badımcanın, göy lobyanın, süfrə çuğundurunun qiymətlərində ucuzlaşma baş verib. Müstəqil ekspertlər, iqtisadçılar daim açıqlamalarında Azərbaycanda alternativ hesablama qurumlarının olmadığını, DSK-nın məlumatlarının isə həqiqəti əks etdirmədiyini, hakimiyyətin istəyinə uyğun olduğunu bildirirlər. Müstəqil hesablama olmadığı üçün həqiqi və alternativ rəqəmlər yayımlanmır. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
xural.com

1Mənbələr