AZ

Putin Monqolustana şamanlara görə gedibmiş- "Spiegel"

Məqaləni rusiyalı jurnalist Mixail Zıqar yazıb. Qeyd edilib ki, Putinin səfərinin versiyaları arasında əsas yeri şaman amili tutur.

Medvedev: "BCM Putinə qarşı orderin icrasından çəkinməlidir"
Bu versiya Kremlə yaxın mənbələr tərəfindən də müzakirə edilir. O da vurğulanıb ki, Monqolustan və Tuva dünyanın ən qüdrətli şamanlarının vətəni sayılır: "Rusiyanın dəyişməz qalan liderinin uzun illərdir ki, mistisizmə xüsusi münasibəti var".

Zıqar Kremldəki mənbəyə istinadən yazıb ki, Ukraynada genişmiqyaslı işğal başlamazdan əvvəl Putin müxtəlif şamanlarla da məsləhətləşib. Bütün mistiklər Rusiyanın qələbəsini proqnozlaşdırıblar.

Bundan əlavə, Moskvada belə bir şaiyə də yayılıb ki, Putin ruhları qəzəbləndirməmək üçün şamanların xeyir-duası olmadan nüvə silahından istifadə etməyəcək. Zıqar qeyd edib ki, Putin guya Monqolustandan məmnun qayıdıb.

Xatırladaq ki, Kreml rəhbəri Monqolstan sentyabrın ikisində səfər edib.

Tural Tağıyev

AzVision.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
azvision.az

1Mənbələr