AZ

Kir Starmer həyat yoldaşı üçün pulsuz geyimlər qəbul etdiyinə görə tənqid olunub

Kir

London, 16 sentyabr, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer həyat yoldaşı Viktoriya üçün partiya donorundan pulsuz geyimlər aldığı və bunu gec bəyan etdiyi üçün tənqidlərə məruz qalıb.

AZƏRTAC “The Sunday Times” qəzetinə istinadla xəbər verir ki, Kir Starmerin ən böyük şəxsi donoru Vahid Alli Baş nazirə 18 min funt sterlinq dəyərində iş geyimləri və eynək hədiyyə edib. O, eyni zamanda, seçki kampaniyası zamanı Baş nazirin yaşayış xərcləri üçün 20 min funt sterlinq məbləğində maliyyə yardımı göstərib. Lakin, Kir Starmer həyat yoldaşı üçün aldığı pulsuz geyimləri bəyan etməkdə gecikib.

Qəzet bildirib ki, bununla da Kir Starmer parlament qaydalarını pozmuş ola bilər. Mühafizəkarlar Partiyası bu məsələnin araşdırılması üçün çağırış edib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
1
azertag.az

2Mənbələr