Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası sentyabrın 1-də VII çağırış Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin yekun nəticələrini açıqlayıb.
VII çağırış Milli Məclisə yeni deputatlar seçilib. XALQ.AZ yeni seçilmiş deputatları təqdim edir:
6 Saylı Ordubad-Culfa Seçki Dairəsi – Vüqar Rəhimzadə- YAP-ın Xətair rayon təşkilatının sədri, “İki sahil” qəzetinin baş redaktorudur.
*****
10 Saylı Binəqədi Üçüncü Seçki Dairəsi – Elşad Musayev Böyük Azərbaycan Partiyasının sədridir.
*****
13 Saylı Xəzər İkinci Seçki Dairəsi – Gülşən Paşayeva- Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin idarə heyətinin üzvüdür.
****
14 Saylı Xəzər-Pirallahi Seçki Dairəsi – Günay Əfəndiyeva Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti olub.
****
17 Saylı Yasamal Üçüncü Seçki Dairəsi – Göydəniz Qəhrəmanov “SPEKTR LLC” MMC, Direktoru,“Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri
****
20 Saylı Nərimanov İkinci Seçki Dairəsi – Samir Vəliyev YAP-ın Nərimanov rayon təşkilatının sədri
****
25 Saylı Nizami İkinci Seçki Dairəsi – Əli Əhmədov Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini
****
27 Saylı Sabunçu İkinci Seçki Dairəsi – Arzuxan Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının sədri
****
29 Saylı Sabunçu Dördüncü Seçki Dairəsi – Azər Allahverənov “AVRASİYA MİQRASİYA TƏŞƏBBÜSLƏRİ PLATFORMASI ” İctimai Birliyi layihə rəhbəri
*****
31 Saylı Suraxanı İkinci Seçki Dairəsi – Qaya Məmmədov -Xarici İşlər Nazirliyinin idarə rəisi,
*****
35 Saylı Xətai Üçüncü Seçki Dairəsi – Pərvanə Vəliyeva “Sağlamlığa Xidmət” İctimai birliyinin İcraçı direktoru
*****
44 Saylı Sumqayıt Üçüncü Seçki Dairəsi – Mehriban Vəliyeva Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini
****
45 Saylı Sumqayıt Dördüncü Seçki Dairəsi – Səbinə Salmanova-Prezident Administrasiyasının sektor müdiri
*****
46 Saylı Sumqayıt Beşinci Seçki Dairəsi – Elnarə Akimova Nizami adına Ədəbiyyat İnstitutunda şöbə müdiri,YAP-ın idarə heyətinin üzvü
****
47 Saylı Sumqayit-Abşeron-Qaradağ Seçki Dairəsi – Zaur Şükürov CAR səfirliyi diplomatik missiyamızın rəhbəri
****
48 Saylı Abşeron Birinci Seçki Dairəsi – Nigar Məmmədova DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru
****
49 Saylı Abşeron İkinci Seçki Dairəsi – Rizvan Nəbiyev Xarici İşlər Nazirliyinin idarə rəisi,
*****
50 Saylı Abşeron Üçüncü Seçki Dairəsi – Ramid Namazov Prezident Administrasiyasının sektor müdiri
****
51 Saylı Şirvan Seçki Dairəsi – Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru
56 Saylı Şabran-Xaçmaz Seçki Dairəsi – Mahir Süleymanlı Milli Məclis Aparatının İcra Hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin təhlil və analitika sektorunun böyük məsləhətçisi
****
59 Saylı Quba Seçki Dairəsi – Əlibala Məhərrəmzadə iqtisad elmləri doktoru, professor “Kaspian Audit Kompani” MMC-nin direktoru
****
65 Saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsi – Günay Ağamalı Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müavini, AVP Qadınlar Şurasının sədridir.
*****
70 Saylı Neftçala Seçki Dairəsi – Tənzilə Rüstəmxanlı Vətəndaş Həmrəyliyi Partiyasının sədrin müşaviri
*****
77 Saylı Lənkəran Şəhər Seçki Dairəsi – Fariz İsmayılzadə Fəlsəfə doktoru , “ADA” Universitetinin prorektoru
****
80 Saylı Lerik-Astara Seçki Dairəsi – Vasif Qafarov Tarix elməri doktoru, dosent Vasif Qafarov AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda baş elmi işçisi
****
82 Saylı İmişli-Saatli Seçki Dairəsi – Səyyad Salahlı Filologiya elmləri namizədi Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin keçmiş birinci müavini
*****
87 Saylı Qobustan-Şamaxi-Ismayilli Seçki Dairəsi – Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri
****
90 Saylı Ağsu Seçki Dairəsi – Elçin Mirzəbəyli Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini, Azərbaycan Respublikasının Əməkdar jurnalisti,
******
96 Saylı Goranboy-Naftalan Seçki Dairəsi – Bədəl Bədəlov “ORİON O AND M” MMC, Baş məsləhətçi
****
98 Saylı Bərdə-Tərtər Seçki Dairəsi – Xanlar Fətiyev “Gəncə Avtomobil Zavodu” nun Muşahidə Şurasının sədri
*****
101 Saylı Samux-Şəmkir Seçki Dairəsi – Mübariz Qurbanlı Milli Məclisinin I, II, III, IV çağırış deputatı; Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri
*****