AZ

Hava limanında qadını təhqir etdi, həbs olundu

Naxçıvan Hava Limanında qadına qarşı təhqiramiz ifadə işlədən şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 22 avqust 1992-ci ildə Saatlı rayonunun Qazanbatan kəndində anadan olan B.H. bilet almaq üçün Naxçıvan Hava Limanına gedib. 

Kassanın qarşısında olan zaman tanımadığı bir qadına "burada nə mıx kimi oturmusan, mən kişiyəm, sən qadın, tüpürüm sənin sifətinə" deyərək ona qarşı təhqiramiz ifadələr işlədib. 

B.H. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 6 gün müddətinə inzibati qaydada həbs olunub. 

Aydın
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
28
qaynarinfo.az

10Mənbələr