AZ

“AzInTelecom” Özbəkistanda “İKT Həftəsi 2024”də öz məhsul və xidmətlərini təqdim edəcək

“AzInTelecom”

Bakı, 16 sentyabr, AZƏRTAC

“AzInTelecom sentyabrın 17-dən 20-dək Özbəkistanda keçiriləcək “İKT Həftəsi”ndə çıxış edəcək.

AZƏRTAC “AzInTelecom”a istinadla xəbər verir ki, “İKT Həftəsi” informasiya və kommunikasiya texnologiyaları sahəsində irəliləyişləri vurğulayan illik tədbirdir. Qurum burada öz məhsul və xidmətlərini qlobal miqyasda təqdim etmək üçün stendlə çıxış edəcək.

Bu tədbir texnoloji tendensiyaları, yenilikləri və imkanları araşdırmaq üçün konfranslar, sərgilər və seminarlar vasitəsilə ekspertləri bir araya gətirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
1
azertag.az

2Mənbələr