AZ

Ukrayna Danimarkadan F-16 qırıcılarının daha bir partiyasını alacaq

Ukrayna

Kiyev, 17 sentyabr, AZƏRTAC

İlin sonuna qədər Ukrayna Danimarkadan F-16 qırıcı təyyarələrinin daha bir partiyasını alacaq.

AZƏRTAC DR-ə istinadla xəbər verir ki, bunu Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib. Təyyarələrin tədarükünün dəqiq tarixi və sayı əməliyyat təhlükəsizliyi baxımından məxfi olaraq qalır.

Nazirin sözlərinə görə, ilk təyyarə Ukraynaya avqust ayında təhvil verilib, ümumilikdə isə Danimarka 19 qırıcı tədarük etməyi öhdəsinə götürüb.

“Daha bir F-16 2024-cü ilin ikinci yarısında təhvil veriləcək”, - deyə Poulsen təsdiqləyib.

F-16 “Fighting Falcon” ən populyar və uğurlu dördüncü nəsil çoxməqsədli qırıcılardan biridir. ABŞ-da işlənib hazırlanaraq, o, İtaliya da daxil olmaqla dünyanın bir çox ölkəsi tərəfindən qəbul edilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
3
azertag.az

4Mənbələr