AZ

Cəbrayılda tender: bir evin tikintisinə 159,6 min manat xərclənəcək

Cəbrayıl rayonunun Şükürbəyli kəndində fərdi yaşayış evlərinin tikintisinə 8 milyon manata yaxın vəsait xərclənəcək.

Modern.az xəbər verir ki, "APA-Economics"in məlumatına görə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla bağlı tender keçirib. Tenderin qalibi “Ağa-EE İnşaat” MMC olub.

Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 48 fərdi yaşayış evinin tikintisi üzrə şirkətlə 7 milyon 664 min 194 manat dəyərində müqavilə imzalanıb.

Başqa sözlə, bir fərdi yaşayış evinin tikinti xərci orta hesabla 159,6 min manat təşkil edir.

Qeyd edək ki, “AĞA-EE İNŞAAT” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb, şirkətin qanuni təmsilçisi Ağalı Natali Qaçay qızı, nizamnamə kapitalı isə 10 manatdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
8
modern.az

9Mənbələr