AZ

8 Noyabr prospektində hərəkət iflic oldu - VİDEO

Bu gün səhər saatlarından etibarən paytaxtın bir sıra yollarında sıxlıq və tıxac müşahidə edilir.

Bizim.Media xəbər verir ki, ən böyük tıxac Xətai rayonu ərazisində - 8 Noyabr prospektində müşahidə olunur.

Belə ki, prospektə çıxan yollarda və prospektin əsas hərəkət zolaqlarında 1 saat yarımdan artıqdır nəqliyyatın hərəkəti dayanıb.

Nəticədə avtobuslarda olan yüzlərlə sərnişin nəqliyyat vasitələrini tərk edərək piyada getmək məcburiyyətində qalıb, avtomobillərin sürücüləri isə maşınları tərk edərək yolun açılacağı vaxtı gözləyirlər.

Qeyd edək ki, səhər saatlarında DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Ramiz Quliyev küçəsinin 8 Noyabr prospekti ilə kəsişməsində yolun qısamüddətli bağlandığını açıqlamışdı.


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
10
bizim.media

10Mənbələr