Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
7Times.az DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, buna səbəb yolun mərkəz istiqamətində olan hissəsində aidiyyəti dövlət qurumu tərəfindən təmir işlərinin aparılmasıdır.
“Bu səbəbdən qeyd edilən istiqamətdə avtomobillərin hərəkətinə qısa müddətli məhdudiyyət tətbiq edilib”, – deyə, qurumun məlumatında bildirilib.