ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Rusiya və Çini ABŞ-nin düşməni hesab etmədiyini bildirib.
“Cebheinfo.az”-ın məlumatına görə, eks-prezident Tramp bloger Farok Sarmadaya “X” sosial şəbəkəsi vasitəsilə yayımlanan müsahibəsində belə deyib:
“Xarici qüvvələr var, onların arasında düşmənlər də var. Siz onlara Rusiya, Çin və başqaları deyirsiniz. Düşməndirlərmi, bilmirəm. Mənə elə gəlir ki, Çinlə çox yaxşı anlaşacağıq.
Düşünürəm ki, Rusiya ilə də çox yaxşı anlaşacağıq”.
Prezidentliyə namizəd əlavə edib ki, seçkidə qalib gəlsə, Ukraynadakı münaqişəni hələ yanvarın 20-də baş tutacaq inauqurasiyadan əvvəl həll etmək niyyətindədir.
“Oval kabineti məşğul etməzdən əvvəl bunu etmək istəyirəm.
Mən bunun prezident seçildiyim müddətdə baş verməsini istəyirəm.
Çünki bunu (münaqişəni) həll etmək lazımdır”, - respublikaçı namizəd bildirib.