Azərbaycanın gənc ağırlıqqaldıranları 19-27 sentyabr aralığında İspaniyanın Leon şəhərində keçiriləcək dünya birinciliyində iştirak edəcəklər.
Bu barədə 1news.az-a Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Elşən Məmmədov (61 kq), Ravin Alməmmədov (81 kq) və Nurlan Məmmədzadə (89 kq) mükafatçılar sırasına düşməyə çalışacaqlar.