Bakı. Trend:
İran prezidenti Məsud Pezeşkian sentyabrın 22-də BMT BaşAssambleyasının 79-cu sessiyasında iştirak etmək məqsədiləNyu-Yorka gedəcək.
Trend xəbər verir ki, bubarədə İran KİV məlumat yayıb.
İran prezidentinin həmin gündə assambleyada çıxışı olacaq.
ABŞ-də yaşayan iranlılarla, media rəhbərləri ilə, bəzi Avropa,Asiya və islam ölkələri liderləri ilə görüş İran prezidentininNyu-York proqramına daxil edilib.
Qeyd edək ki, hər il Nyu-Yorkda təşkil olunan BMT BaşAssambleyasının sessiyasında İran prezident səviyyəsində iştirakedir.