AZ

Dünya dəhşətli fəlakətin ASTANASINDA – Bu ölkələr də müharibə ocağına çevrilir...

Ukrayna-Rusiya cəbhəsində vəziyyət getdikcə gərginləşir. Tərəflər yeni hücum planları hazırlayır, yeni iddialarla çıxış edirlər. Səslənən iddialarsa çox qorxunc səslənir. Çünki tərəflər bir-birilərini nüvə zərbələri ilə hədələyirlər. Məsələn, sentyabrın 11-də Qərbin Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli silahlarla hücumuna icazə verdiyi barədə qərarı açıqlandı.

İlkin mərhələdə uzaqmənzilli raketlər
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya ilə ABŞ arasında nüvə müharibəsi başlasa, dünyanı nə gözləyir? – ARAŞDIRMA –VİDEO


Qeyd edək ki, həmin günlərdə ABŞ dövlət katibi Entoni Blinken Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə birlikdə Kiyevdə səfərdə idi. Bu səfər ərəfəsində “The Times” qəzeti mənbələrə istinadən yazırdı ki, Amerika prezidenti Co Bayden münaqişənin genişlənməsinin qarşısını almaq məqsədilə Rusiya ərazisinə zərbələr endirmək üçün ATACMS raketlərindən istifadəyə icazə verməyəcək. Ancaq çox güman ki, avropalı həmkarlarının bunun üçün öz silahlarını təmin etməsinə etiraz etməyəcək.

Nəşr həmçinin qeyd edir ki, Böyük Britaniya və Fransanın istehsalı olan uzaqmənzilli “Storm Shadow” və “Scalp” raketləri, Fransa və İngiltərə hökumətləri razılaşarsa, Rusiyanın dərinliklərinə zərbə endirmək üçün istifadə oluna bilər. 

Eyni zamanda, nəşrin digər mənbəsi bildirib ki, Böyük Britaniya belə bir qərar qəbul etmək üçün tərəfdaşların dəstəyinə ehtiyac duymur. Çox güman ki, Bayden və Britaniyanın baş naziri Keir Starmer sentyabrın 13-də Vaşinqtonda görüş zamanı bu məsələni müzakirə ediblər.

Fransanın “Le Monde” qəzeti etibarlı mənbələrə istinadən yazır ki, Qərb ölkələri uzaqmənzilli silahlarla zərbələrin endirilməsi ilə bağlı qərar qəbul etməyə hazırdır. Lakin Ukrayna Silahlı Qüvvələrinin “bəzi səhvləri” səbəbindən qərarın icrasına tələsmirlər.

Rusiya siqnal gözləyir

Təbii ki, Qərbin bu hədələri Rusiya tərəfindən cavabsız qalmayıb. Sentyabrın 12-də Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Federasiyasının dərinliklərinə zərbə endirmək icazəsi müzakirə edilərkən, NATO ölkələri bununla Ukrayna münaqişəsində birbaşa iştirak edib-etməyəcəklərinə dair qərar verirlər. 

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Qərb istehsalı olan müasir yüksək dəqiqlikli uzaqmənzilli sistemlərlə zərbələr endirmək iqtidarında deyil. Ona görə də onlar yalnız Avropa İttifaqı və ya ABŞ-nin malik olduğu peyklərdən kəşfiyyat məlumatlarını əldə etməli olacaqlar.  

Putin vurğulayıb ki, yaranan təhdidlərə əsaslanaraq, Moskva müvafiq qərar qəbul edəcək. Göründüyü kimi, Qərb Ukrayna ilə Rusiya arasında sülhün olmasını yox, müharibənin daha dəhşətli məcraya girməsini istəyir. Bunun üçün də Ukraynaya lazım olan hərbi yardımları edir. Elə uzaqmənzilli raketlərin rəsmi Kiyevin sərəncamına verilməsi ideyası bundan qaynaqlayır. 
Qırılan insanlar, məhv edilən şəhərlər, havaya sovrulan milyardlar…

Nəzərə alaq ki, müharibənin uzaqmənzilli raketlər mərhələsinə keçməsi daha çox insan tələfatı, daha çox ərazilərin xarabazarlığıa çevrilməsi deməkdir. Lakin insanların faciəsi, dağılan, məhv edilən şəhərlər Qərbi heç də narahat etmir. ABŞ və Avropanı narahat edən tək məsələ Rusiyanın zəif salınması və maksimum qısa zamanda Putinin devrilməsinə nail olmaqdır.

Bu hədəfə çatana qədər Qərb dayanmayacaq. 

Üstəlik, müharibənin uzanması Qərb üçün yeni biznes imkanları deməkdir. Amerika və Avropa dövlətləri müharibə başlayandan bəri ehtiyatlarında olan silah-sursatın böyük bir hissəsini Ukraynaya verib. Çünki bu müharibə meydanı yeni silahların sınağı üçün ən gözəl poliqondur. 

Təbii ki, ötən müddətdə Rusiya da boş dayanmayıb. Müharibə dövründə ötən əsrin ortalarında istehsal olunan tanklardan, artileriya qurğularından istifadə ilə yanaşı müasir PUA-lar, yeni artileriya qurğuları, qırıcılar da sınaqdan keçirilir. Bunlar hamısı milyardlarla vəsait deməkdir. 

Təxmini hesablamalara görə ötən müddətdə Qərb Ukraynaya 230 milyard dollardan artıq yardım edib

Ukraynanın itkiləri isə hesablamalara görə, 1 trilyon dolları keçib. Rusiyanın ziyanı da təxminən bu civardadır. Lakin bu ziyanlar, məhv olan şəhərlər, qəsəbələr, infrastruktur obyektləri heç kimi düşündürmür. 

Əksinə kənar qüvvələr tərəfləri daha qanlı müharibəyə sövq edir. 

Əgər Qərbin iddiaları öz təsdiqini tapsa o zaman yaxın zamanlarda Kiyev, Lvov, Moskva, Sant-Peterburq və digər şəhərlər uzaqmənzilli raketlərin hədəfi olacaq. 

Məşhur alman biznesmen və ən böyük fayl hostinqi Megaupload xidmətinin keçmiş sahibi Kim Dotkom qeyd edib ki, biz fəlakətə çox yaxınıq:

"Qərbdə Ukrayna Silahlı Qüvvələrinə Rusiya Federasiyası ərazisinə uzaqmənzilli raketlər atmağa icazə verilməsi ilə bağlı müzakirələr fonunda dünya fəlakətə çox yaxınlaşıb".

Bu isə o deməkdir ki, Ukrayna-Rusiya müharibəsi bu dəfə daha qorxunc mərhələyə qədəm qoyur. Yeni mərhələdə Polşa, Latviya, Litva, Estoniya və digər ölkələr də münaqişənin obyektinə çevrilə bilər. Bu isə yeni Dünya Müharibəsi deməkdir...

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
201
11
bizim.media

10Mənbələr