AZ

Olimpiya Oyunları davamlı tibbi böhranı maskalasa da, yayda 1500 xəstəxana çarpayısı bağlanıb

Olimpiya

Paris, 17 sentyabr, AZƏRTAC

Olimpiya Oyunlarının eyforiyası ilə idarə olunan 2024-cü ilin yayı Fransanın təcili tibbi yardım xidmətlərinin, eləcə də mobil təcili yardım və reanimasiya strukturlarının zəifliyini aydın şəkildə göstərib.

AZƏRTAC xəbər verir ki, Fransada aparılan sorğuya görə, iyul-avqust aylarında ölkədə ən azı 61 % təcili tibbi xidmət şöbəsi bağlanıb. Ölkənin 84 departamentdə qeydə alınan bu vəziyyət bir neçə ildir davam edən tibbi personalın və xəstəxana çarpayılarının çatışmazlığı ilə bağlı dərin böhranın tərkib hissəsidir. Sorğunun aparıldığı 331 tibbi müəssisədən 202-də ölkənin fövqəladə vəziyyət strukturlarının təxminən 48%-nə təsir edən tibbi şöbələrin bağlanmasının ciddi nəticələri barədə xəbərdarlıq edilib. Həmin müəssisələrin 18%-i bir neçə tibbi xidməti bağlayıb ki, bu da xəstələrə birbaşa təsir göstərib.

Bildirilir ki, 1500-dən çox tibbi və ya cərrahi çarpayı bu yay daimi olaraq bağlanıb və bu, təcili yardım otaqlarında xəstələrin müalicəsinə güclü təsir göstərib. Bağlanmalar əsasən iri tibbi strukturlara aid olsa da, hələ də açıq olan müəssisələrdə gərginliyi artırıb. 270 çarpayısı ləğv edilmiş reanimasiya şöbələrinin təxminən 23%-i xəstə qəbulunu azaldıb.

Təcili tibbi yardım xidməti göstərən 221 xəstəxananın 10 %-də xidmətlərin ləğvi bir neçə ərazidə təcili tibbi yardım xidmətinin olmaması ilə nəticələnib. Sorğuda iştirak etmiş həkimlərin 61 %-i vəziyyətin daha da pisləşdiyinin bildirib.

Bu sorğu təsdiqləyir ki, Olimpiya Oyunlarına – idman vitrininə baxmayaraq, Fransa səhiyyə xidmətləri əziyyət çəkir və gələn ilin yayında yeni böhranın qarşısını almaq üçün struktur islahatlarının aparılması vacibdir.

Qeyd edək ki, bu yay Nantes Universiteti Xəstəxanasının həmkarlar ittifaqı avqust ayında xəstəxananın təcili yardım otaqlarında həddindən artıq sıxlıq səbəbindən dörd xəstənin ölümünü pisləyib. Təcili böhran yalnız Nantes Universiteti Xəstəxanası ilə məhdudlaşmır. Fransanın səhiyyə və profilaktika üzrə naziri Frederik Valetu yerli mətbuata etiraf edib ki, ölkə daxilində təxminən 50 xəstəxanada hazırda gərginlik yaşanır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
1
azertag.az

2Mənbələr